Hindistanda sürüşmə 4 nəfəri öldürdü,


Dünya 14 İyn 2018 17:27:00 233 0

Hindistanda sürüşmə 4 nəfəri öldürdü,

Hindistanda torpaq sürüşməsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, ölkənin cənubundakı Kerala ştatındakı sürüşmə nəticəsində azı 4 nəfərin öldüyü bildirilir. Daha 8 nəfərin isə torpaq altında qalaraq itkin düşdüyü deyilir.

Torpaq sürüşməsinə isə bir neçə gündür aramsız yağan yağışlar səbəb olub. Sürüşmə ərazisində 5 yaşayış evi tamamilə dağılıb.