Məscidlərin ətrafında nəqliyyatın hərəkəti ilə bağlı yol polisindən AÇIQLAMA


Digərləri 14 İyn 2018 17:30:03 265 0

Məscidlərin ətrafında nəqliyyatın hərəkəti ilə bağlı yol polisindən AÇIQLAMA

Ramazan bayramı günlərində yol polisi gücləndirilmiş iş rejimi ilə xidmət edəcək.

Bakı. Elçin Mehdiyev – Sabah Ramazan bayramı ilə əlaqədar qılınan bayram namazı zamanı məscidlərin ətrafındakı yollarda avtomobillərin hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, sürücülər məscidlərin ətrafındakı yollarda parklanma, dayanma-durma qaydalarına ciddi riayət etməlidirlər. O qeyd edib ki, Ramazan bayramı günlərində yol polisi gücləndirilmiş iş rejimi ilə xidmət edəcək. Xüsuilə bayram tədbirlərinin keçirildiyi ərazi və onlara bitişik küçə və yollar nəzarətə götürülməklə xidmət aparılacaq: