Magistraturaya qəbul olmaq istəyənlərə


Digərləri 14 İyn 2018 17:14:00 215 0

Magistraturaya qəbul olmaq istəyənlərə

2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma seçimi müddəti iyunun 20-si saat 10:00-dək uzadılıb.

Dövlət İmtahan Mərkəzindən Son.az-a verilən məlumata görə, ixtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.