ATƏT həmsədrlərinin Azərbaycana səfəri barədə


Siyasət 14 İyn 2018 17:15:37 256 0

ATƏT həmsədrlərinin Azərbaycana səfəri barədə

ATƏT Minsk qrupunun həmsədrləri yaxın zamanlarda Azərbaycana səfər etməyi planlaşdırmır.

Son.az xəbər verir ki, bunu Trend-ə təşkilatdan həmsədrlərin Ermənistana səfərindən sonra Azərbaycana səfərinin mümkünlüyü barədə sualına cavab olaraq bildiriblər.

Qeyd edək ki, Minsk qrupunun həmsədrləri iyunun 12-14-də Yerevanda səfərdə olub və Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan, baş nazir Nikol Paşinyan, müdafiə naziri David Tonoyan və prezident Armen Sarkisyanla görüşüb.