Ağcabədidə aqropark yaradılır


Digərləri 14 İyn 2018 17:17:57 346 0

Ağcabədidə aqropark yaradılır

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir.

Bakı. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir. Nazirlikdən Trend-ə verilən məlumata görə, iyunun 14-də bu istiqamətdə növbəti tədbir Ağcabədi rayonunda keçirilib. Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumda Ağcabədi rayonunun iqtisadi potensialına uyğun olaraq prioritet hesab edilən tərəvəzçilik, cins heyvandarlıq, intensiv bağçılıq və iri fermer təsərrüfatlarının, “ixtisaslaşdırılmış yaşıl market”in, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.