Şəhərin mərkəzində premium mənzillərin satışına başlandı


Digərləri 14 İyn 2018 16:55:00 251 0

Şəhərin mərkəzində premium mənzillərin satışına başlandı

"Kristan Abşeron" şirkəti Bakının mərkəzində lüks mənzillərə sahib olmaq istəyənlər müştərilər üçün geniş imkanlar yaradıb. Söhbət  H.Cavid pr., Ak. Ş. Mehdiyevlə Ə.Haqverdiyev küçələrinin kəsişmələrində yerləşən yeni "Merida Premium" layihəsindən gedir. Mənzillə bağlı sizi qayğılandıran nə varsa, bu layihədə reallaşdırılıb. 

Sizi əlavə yol, tıxac və stressdən xilas edəcək mənzillər

Mənzillə bağlı insanları daha çox narahat edən məsələlərdən biri onun yerləşmə yeridir. Şəhərə nisbətən uzaqlıq, əlavə yol, tıxac, vaxt itkisi və stress deməkdir. "Kristan Abşeron" "Merida Premium" layihəsində müştərilərə bu komfortu bəxş edir. Belə ki, layihə Musabəyov, H.Cavid parkına, Cavid prospekti və  şəhərə yaxınlığı ilə seçilir. Bir sıra dövlət qurumlarının, o cümlədən ali təhsil müəssisələrinin yaxınlığında yerləşir. 

Bünövrədən üzlüyə qədər hər bir element kefiyyət nümunəsidir

Müştərilərin diqqət yetirdiyi digər əsas məsələlərdən biri tikilən mənzillərin kefiyyətidir. "Merida Premium" layihəsi bu baxımdan da müştərilərinin narahatçılığına son qoyub. Belə ki, "Kristan Abşeron"un əsas hədəflərindən biri - kefiyyət məsələsi bu layihədə də öz əksini tapıb. Binanın bünövrəsindən tutmuş üzlüyünə qədər istifadə edilən hər bir element  kefiyyət nümunəsidir. Binanın zəlzələyə davamlılığı üçün Ukrayna istehsalı yüksək keyfiyyətli, kimyəvi qatqısız "B-25" betonun, betonun daha keyfiyyətli və hamar alınması üçün istifadə olunan qəliblər isə Almaniyanın məşhur "Peri" şirkətinindir. Tikintidə istifadə edilən armaturlar Ukraynada istehsal olunub. Binada ara hörgüləri isə Qobustone daşı ilə aparılıb. Bİnanın fasadı isə möhtəşəm ağlay əl işləməlidir. 

Şəhərin mərkəzində şəhər səs-küyündən uzaq olacaqsınız