ATƏT həmsədrlərinin Azərbaycana səfəri barədə


Digərləri 14 İyn 2018 16:57:00 212 0

ATƏT həmsədrlərinin Azərbaycana səfəri barədə

ATƏT Minsk qrupunun həmsədrləri yaxın zamanlarda Azərbaycana səfər etməyi planlaşdırmır

Bakı. Ləman Zeynalova – ATƏT Minsk qrupunun həmsədrləri yaxın zamanlarda Azərbaycana səfər etməyi planlaşdırmır. Bunu Trend-ə təşkilatdan həmsədrlərin Ermənistana səfərindən sonra Azərbaycana səfərinin mümkünlüyü barədə sualına cavab olaraq bildiriblər. Qeyd edək ki, Minsk qrupunun həmsədrləri iyunun 12-14-də Yerevanda səfərdə olub və Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan, baş nazir Nikol Paşinyan, müdafiə naziri David Tonoyan və prezident Armen Sarkisyanla görüşüb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin