Fuad Muradov Gürcüstanın təhsil naziri ilə görüşüb


Sosial 14 İyn 2018 16:36:21 299 0

Fuad Muradov Gürcüstanın təhsil naziri ilə görüşüb

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib

Gürcüstanda səfərdə olanDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkənin elm və təhsil naziri Mixeil Çxenkrli ilə görüşüb.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, görüşdə iki ölkə arasında elm və tahsil sahəsində əməkdaşlıq, gənclər siyasəti, kadr hazırlığı və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

F.Muradov bildirib ki, Azərbaycan dövləti, xüsusilə də Prezident İlham Əliyev Gürcüstanla əlaqələrin bütün istiqamətlərdə, eləcə də elm və təhsil sahəsində inkişafına mühüm əhəmiyyət verir: "Ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə imkan yaradır. Bu gün Gürcüstanda xeyli sayda azərbaycanlı yaşayır. Onlar bu ölkənin bərabərhüquqlu vətəndaşlarıdırlar. Onlar bu dövlətin güclənməsində mühüm rol oynayırlar. Lakin bəzi sahələrdə müəyyən problemlər hələ də qalmaqdadır".

M.Çxenkeli isə öz növbəsində deyib ki, Gürcüstan hökuməti bütün milli qazlıqların, eləcə də azərbaycanlıların normal təhsil almaları üçün hər cür şərait yaradıb: "Yeni tətbiq olunan 4+1 təhsil proqramı milli azlıqların inteqrasiyası ilə yanaşı, dövlət dilini öyrənmələrinə imkan yaradır. Azərbaycan dilində olan məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi üçün də tədbirlər görülür".

Görüşdə hər iki ölkənin dövlət və özəl universitetlərində Azərbaycan və gürcü dillərini mükəmməl bilən kadrların hazırlanması, tələbə mübadiləsi, professor, müəllim və tələbələrin qarşılıqlı səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib.