Ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbulunun vaxtı uzadılıb


Digərləri 14 İyn 2018 16:27:00 205 0

Ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbulunun vaxtı uzadılıb

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı 20 iyun saat 10:00-dək uzadılıb.

Bakı. Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı 20 iyun saat 10:00-dək uzadılıb. Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ərizə qəbulunun müddəti 20 iyun saat 10:00-dək uzadılıb.