İspaniyanın yeni baş məşqçisi: "Bunu özünə bağışlamazdım"


İdman 14 İyn 2018 16:15:00 299 0

İspaniyanın yeni baş məşqçisi: "Bunu özünə bağışlamazdım"

İspaniya millisi Fernando Yerronun rəhbərliyi altında ilk məşqinə çıxıb. Goal.az xəbər verir ki, gənc mütəxəsis komandanın qarşıdakı dünya çempionatına hazırlığı barədə fikirlərini bölüşüb.

"Biz dünya kubokuna sahib çıxmaq mübarizə aparacağıq. Bizim gözəl imkanımız var, əsas diqqəti hədəfə yönəltmək lazımdır. Futbolçular da bunu gözləyir. Bu, hər kəs üçün bir sınaqdır. Bilirəm ki, onlar var gücü ilə oynayacaq. Dünya çempionatında heç bir zəmanət verilməyib.

İspaniya Futbol Federasiyasının prezidentindən təklif gələndə 3 variantım vardı: "yox" demək, başqasını tapmağı təklif etmək, razılaşıb irəli addım atmaq. "Yox" deyə bilməzdim. Çünki bunu özümə bağışlamazdım".

İspaniya millisi dünya çempionatında Portuqaliya (15 iyun), İran (20 iyun) və Mərkaeşlə (25 iyun) qarşılaşacaq.