"Son zəng" necə keçdi? - Təhsil İdarəsindən açıqlama (FOTO)


Digərləri 14 İyn 2018 16:03:54 237 0

"Son zəng" necə keçdi? - Təhsil İdarəsindən açıqlama (FOTO)

Paytaxtın ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” tədbiri məktəblərin daxilində keçirilib və müvafiq müddət ərzində başa çatıb.

Bakı. İlhamə İsabalayeva - Paytaxtın ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” tədbiri məktəblərin daxilində keçirilib və müvafiq müddət ərzində başa çatıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, tədbirlərdə idarə müdiri Məhəbbət Vəliyeva, struktur bölmə rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının, məktəb icmalarının və ictimaiyyətin nümayəndələri, eləcə də sabiq məzunlar iştirak ediblər. Tədbirlərdə məktəb məzunları və şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib.