Rəsmi Bakı Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyinin addımına cavab verdi


Digərləri 14 İyn 2018 16:05:00 66 0

Rəsmi Bakı Ermənistanın BMT yanındakı Daimi Nümayəndəliyinin addımına cavab verdi

Ermənistan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyi tərəfindən BMT-də işğal olunmuş ərazilərimizdə yaratdığı qondarma rejim adından sənədlərin yayılması ilə əlaqədar XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.

Bakı. Ermənistan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyi tərəfindən BMT-də işğal olunmuş ərazilərimizdə yaratdığı qondarma rejim adından sənədlərin yayılması ilə əlaqədar XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib. XİN-dən Trend-ə verilən məlumata görə, açıqlamada deyilir ki, məlum olduğu kimi, cari ilin may ayında Ermənistan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyi bu ölkə tərəfindən Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində yaradılmış qondarma rejim adından BMT-də sənəd yayıb: "Bundan əvvəl də Ermənistanın BMT yanında Nümayəndəliyi tərəfindən bənzər addımlar atılmışdı. Bu məsələdə də Ermənistanın BMT yanında Nümayəndəliyi saxtakarlıq və BMT üzv dövlətlərini aldatmağa cəhd etmək yolunu seçib. Belə ki, Ermənistanın BMT yanında Nümayəndəliyi tərəfindən göndərilən məktuba qondarma rejim adından hər hansı bir sənəd əlavə edilir. Sonra bu Ermənistan KİV-də qondarma rejimin sənədinin guya BMT-də yayılması kimi təqdim olunur. Əslində isə bu yalan və cəfəngiyyatdır". Bununla əlaqədar olaraq 7 İyun tarixində Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyi tərəfindən BMT-nin Baş katibinə məktub ünvanlanıb. Elə həmin gün sənəd BMT Təhlükəsizliik Şurasının sədri tərəfindən TŞ-nin üzvləri arasında yayılıb və BMT-nin rəsmi sənədi kimi dərc olunub. Məktubda BMT-nin TŞ tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrə istinad edilərək, orada ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmətin, Dağlıq Qarabağ bölgəsinin Azərbaycan Respublikasının ayrılmaz hissəsi olduğunun bir daha təsdiqlənməsi, habelə ərazinin zəbt olunması üçün gücdən istifadə edilməsinin qəbuledilməzliyi və işğalçı qüvvələrin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması barədə tələbləri vurğulanıb. Bildirilib ki, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim hərbi təcavüz və qanlı etnik təmizlənin nəticəsidir. Məktubda həmçinin, Ermənistan Respublikasının beynəlxalq ictimaiyyətin mövqeyinə məhəl qoymayaraq Azərbaycana qarşı törətdiyi təcavüzə görə davamlı şəkildə məsuliyyətdən yayınması cəhdlərinə şərh verilərək, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qəbul etdiyi hüquqi qərara istinad edilib. Məlum olduğu kimi, məhkəmənin qərarında qondarma rejimin Ermənistanın nəzarətində olduğunu və onun siyasi, maliyyə, hərbi və digər dəstəyi sayəsində mövcud olduğu öz təsbitini tapıb. Bir daha vurğulanıb ki, Ermənistan yürütdüyü təcavüz və anneksiya siyasəti ilə heç zaman güddüyü məqsədlərinə nail ola bilməyəcək, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bu belə olub və gələcəkdə də belə olacaq və Ermənistanın öz qoşunlarını işğal edilmiş Azərbaycan ərazilərindən çıxarmaqdan başqa yolu yoxdur. Məktubda rəsmi Yerevanın öz xalqı və beynəlxalq ictimaiyyəti çaşdırmaq üzrə cəhdlərə son qoymalı və münaqişənin həll edilməsi məqsədilə üzərinə düşən öhdəliklərini yerinə yetirməli olduğu vurğulanıb və yalnız belə olan şəraitdə bölgədə çoxdan gözlənilən sülh və sabitliyin bərqərar ola biləcəyi qeyd olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
"Son zəng" necə keçdi? - Təhsil İdarəsindən açıqlama (FOTO) like
  • 14 İyn 16:03  
Digərləri "Son zəng" necə keçdi? - Təhsil İdarəsindən açıqlama (FOTO)

Paytaxtın ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng”

arrow Ətraflı
"Azərişıq" mənfəətlə işləməyə başlayıb like
  • 14 İyn 16:01  
İqtisadiyyat "Azərişıq" mənfəətlə işləməyə başlayıb

Səhmdar cəmiyyət ötən ili 64 mln. manata yaxın xalis mənfəətlə başa v

arrow Ətraflı
Ruhani: "Tramp ən zalım prezidentdir" like
  • 14 İyn 16:01  
Dünya Ruhani: "Tramp ən zalım prezidentdir"

Donald Tramp son onilliklərdə ABŞ-ın "ən zalım" prezidentidir.

arrow Ətraflı
Nazirlik: TANAP-ın işə düşməsi Monteneqronun qazlaşdırılmasına doğru bir addımdır like
  • 14 İyn 15:56  
Digərləri Nazirlik: TANAP-ın işə düşməsi Monteneqronun qazlaşdırılmasına doğru bir addımdır

“Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan Transanadolu qaz kəmə

arrow Ətraflı
"Mən həmişə "Qarabağ"a azarkeşlik edirəm" like
  • 14 İyn 15:56  
Digərləri "Mən həmişə "Qarabağ"a azarkeşlik edirəm"

Şimal qonşumuz Rusiyada keçiriləcək bir aylıq turnir sabah Rusiya - Səudi

arrow Ətraflı
Pasport, qeydiyyat və miqrasiya idarəsi bayram günlərində adi rejimdə çalışacaq like
  • 14 İyn 15:49  
Digərləri Pasport, qeydiyyat və miqrasiya idarəsi bayram günlərində adi rejimdə çalışacaq

Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar iyunun 15-dən 20-d

arrow Ətraflı
Azərbaycanlı yazar Türkiyənin məşhur serialında like
  • 14 İyn 15:47  
Şou-biznes Azərbaycanlı yazar Türkiyənin məşhur serialında

Türkiyə və Rusiyanın ortaq istehsalı olan "Kalbimin sultanı" adl

arrow Ətraflı
“Bakcell”dən gənclər üçün “DaimOnline” imkanı like
  • 14 İyn 15:44  
Digərləri “Bakcell”dən gənclər üçün “DaimOnline” imkanı

Yeni aylıq paketlər gənc istifadəçilərə qiqabaytlarla internet və sosial

arrow Ətraflı
Bank Respublikadan növbəti xeyriyyə aksiyası! (FOTO) like
  • 14 İyn 15:40  
Digərləri Bank Respublikadan növbəti xeyriyyə aksiyası! (FOTO)

Ramazan bayramı ərəfəsində “Bank Respublika”nın kollektivi “Güvən

arrow Ətraflı
Nazəninin vəsatəti təmin edilmədi like
  • 14 İyn 15:38  
Digərləri Nazəninin vəsatəti təmin edilmədi

Bu gün Nərimanov Rayon Məhkəməsində müğənni Təranə Qumralın cinayət

arrow Ətraflı
Alisson ”kral klubu”na keçir like
  • 14 İyn 15:37  
İdman Alisson ”kral klubu”na keçir

Roma klubunun  braziliyalı qapıçısı Alisson Real-ın heyətində

arrow Ətraflı
Vüqar Rəhimzadə: Azərbaycan və Türkiyə XXI əsrin enerji xəritəsini birlikdə cızır like
  • 14 İyn 15:30  
Digərləri Vüqar Rəhimzadə: Azərbaycan və Türkiyə XXI əsrin enerji xəritəsini birlikdə cızır

TANAP-ın istifadəyə verilməsi mərasimində çıxış edən möhtərəm Prez

arrow Ətraflı