Nazirlik: TANAP-ın işə düşməsi Monteneqronun qazlaşdırılmasına doğru bir addımdır


Digərləri 14 İyn 2018 15:56:00 294 0

Nazirlik: TANAP-ın işə düşməsi Monteneqronun qazlaşdırılmasına doğru bir addımdır

“Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan Transanadolu qaz kəmərinin (TANAP) işə düşməsi Monteneqronun qazlaşdırılmasına doğru bir addımdır

Bakı. Ləman Zeynalova – “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan Transanadolu qaz kəmərinin (TANAP) işə düşməsi Monteneqronun qazlaşdırılmasına doğru bir addımdır. Trend-in məlumatına görə, bu barədə ölkənin İqtisadiyyat Nazirliyinin bəyanatında deyilir: “TANAP-ın işə düşməsi Monteneqronun qazlaşdırılmasını yaxınlaşdıran addımdır. Nəzərə almaq lazımdır ki, ölkə “Cənub Qaz Dəhlizi”nə İoniya-Adriatik boru kəməri (IAP) vasitəsilə qoşulacaq. Bu layihə də Monteneqro üçün qaz bazarlarına çıxış imkanı yaradır”. Bununla əlaqədar olaraq Monteneqronun İqtisadiyyat Nazirliyi IAP layihəsinin reallaşdırılmasının sürətləndirilməsi üçün Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi ilə əməkdaşlığı aktivləşdirib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin