“Bakcell”dən gənclər üçün “DaimOnline” imkanı


Digərləri 14 İyn 2018 15:44:00 59 0

“Bakcell”dən gənclər üçün “DaimOnline” imkanı

Yeni aylıq paketlər gənc istifadəçilərə qiqabaytlarla internet və sosial şəbəkələrdən limitsiz istifadə imkanı verir

Bakı. Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell xüsusi olaraq gənc abunəçilər üçün yaradılmış tam yeni “DaimOnline” tariflərini təqdim edib. Şirkətdən Trend-ə verilən məlumata görə, gənclər bir-biri ilə ünsiyyətdə olarkən daha çox sosial şəbəkələr və mesajlaşma tətbiqetmələrindən istifadə etməyə üstünlük verirlər. Bunu nəzərə alaraq, Bakcell şirkəti yeni “DaimOnline” paketlərini təklif edir. Üç variantda və müvafiq olaraq 6, 10 və 20 manat aylıq abunə haqqı ilə təklif olunan yeni tarif paketləri sayəsində istifadəçilər limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” istifadəsi ilə yanaşı qiqabaytlarla internet və bol-bol şəbəkədaxili dəqiqələrdən yararlanacaqlar. “DaimOnline 6” tarifi çərçivəsində ayda sadəcə 6 AZN müqabilində 2 Gb İnternet trafiki və 50 şəbəkədaxili dəqiqə təqdim edilir. Bu tarifin əsas özəlliyi ondan ibarətdir ki, abunəçilər tamamilə limitsiz olaraq “WhatsApp”dan istifadə edəcəklər. Limitsiz “WhatsApp”a təkcə mətn deyil, hətta zənglər, şəkillərin, videoların və səs yazılarının göndərilməsi və yüklənməsi da daxildir. Sosial şəbəkələrdən daha çox istifadə edən gənclər isə “DaimOnline 10” və “DaimOnline 20” tariflərinə üstünlük verəcəklər. Belə ki, qeyd olunan tariflərdə “WhatsApp”, “Facebook” və “Instagram” istifadəsi tam olaraq limitsizdir! Bu tariflərin istifadəçiləri internet trafikin həcmini fikirləşmədən şəkilləri və videoları paylaşmaq, izləmək və həmin sosial şəbəkələrin bütün digər funksiyalardan istədikləri qədər istifadə edə bilərlər. Bundan əlavə “DaimOnline 10” (aylıq abunə haqqı 10 AZN) abunəçiləri ayda 5 Gb İnternet və 200 şəbəkədaxili dəqiqə, “DaimOnline 20” (aylıq abunə haqqı 20 AZN) abunəçiləri isə ayda 20 Gb internet və 400 şəbəkədaxili dəqiqə qazanırlar. Azərbaycanın telekommunikasiya bazarında ən innovativ mobil operator olaraq, Bakcell bütün müştəri seqmetlərinin ehtiyac və tələblərini öyrənmək üçün daim bazar araşdırmaları həyata keçirir. Limitsiz “WhatsApp”, “Facebook” və “Instagram” imkanı təqdim edən yeni “DaimOnline” tarif paketlərini istifadəyə verməklə, Bakcell gənc müştəriləri istədikləri qədər çeviklik və limitsiz ünsiyyət üçün tam sərbəstliklə təmin edib. Bu yeni tariflər sayəsində gənclər daima onlayn olacaqlar. İnnovasiyalar sahəsində özünü doğrultmuş lider olan Bakcell müasir rabitə xidmətləri istifadəçilərinə yenilənmiş, rahat və yenilikçi tariflər, məhsullar və xidmətləri təklif etməyə davam edəcək. Bakcell şirkətinin yeni “DaimOnline” tarifləri və digər sərfəli və innovativ təkliflər barədə daha ətraflı məlumat almaq üçün www.bakcell.com səhifəsinə daxil olun.
Bank Respublikadan növbəti xeyriyyə aksiyası! (FOTO) like
  • 14 İyn 15:40  
Digərləri Bank Respublikadan növbəti xeyriyyə aksiyası! (FOTO)

Ramazan bayramı ərəfəsində “Bank Respublika”nın kollektivi “Güvən

arrow Ətraflı
Nazəninin vəsatəti təmin edilmədi like
  • 14 İyn 15:38  
Digərləri Nazəninin vəsatəti təmin edilmədi

Bu gün Nərimanov Rayon Məhkəməsində müğənni Təranə Qumralın cinayət

arrow Ətraflı
Alisson ”kral klubu”na keçir like
  • 14 İyn 15:37  
İdman Alisson ”kral klubu”na keçir

Roma klubunun  braziliyalı qapıçısı Alisson Real-ın heyətində

arrow Ətraflı
Vüqar Rəhimzadə: Azərbaycan və Türkiyə XXI əsrin enerji xəritəsini birlikdə cızır like
  • 14 İyn 15:30  
Digərləri Vüqar Rəhimzadə: Azərbaycan və Türkiyə XXI əsrin enerji xəritəsini birlikdə cızır

TANAP-ın istifadəyə verilməsi mərasimində çıxış edən möhtərəm Prez

arrow Ətraflı
Bayramda banklar gücləndirilmiş iş rejimində çalışacaq like
  • 14 İyn 15:29  
Digərləri Bayramda banklar gücləndirilmiş iş rejimində çalışacaq

Ramazan bayramı və Milli Qurtuluş Günü ilə əlaqədar olaraq 15-19 iyun ta

arrow Ətraflı
NIKOIL | Bank - dan bayram iftarı (FOTO) like
  • 14 İyn 15:26  
Digərləri NIKOIL | Bank - dan bayram iftarı (FOTO)

Müqəddəs Ramazan ayının bitməsi ilə əlaqədar 13 iyun tarixində NIKOIL

arrow Ətraflı
DANA özüyeriyən artilleriya qurğularından praktiki atışlar keçirilib (FOTO) like
  • 14 İyn 15:21  
Digərləri DANA özüyeriyən artilleriya qurğularından praktiki atışlar keçirilib (FOTO)

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq

arrow Ətraflı
Ruhani: Tramp ən zalım prezidentdir like
  • 14 İyn 15:20  
Digərləri Ruhani: Tramp ən zalım prezidentdir

Donald Tramp son onilliklərdə ABŞ-ın “ən zalım” prezidentidir

arrow Ətraflı
Sumqayıtda avtomobil aşdı: like
  • 14 İyn 15:20  
Digərləri Sumqayıtda avtomobil aşdı:

Sumqayıt şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
BBC: Rusiyada dünya çempionatının qalibi Belçika olacaq like
  • 14 İyn 15:19  
İdman BBC: Rusiyada dünya çempionatının qalibi Belçika olacaq

BBC qarşıdakı dünya çempionatının iştirakları ilə bağlı ar

arrow Ətraflı
Bakıda qaynana kürəkəni ilə cinsi əlaqədə olan zaman öldü  ŞOK TƏFƏRRÜAT like
  • 14 İyn 15:17  
Digərləri Bakıda qaynana kürəkəni ilə cinsi əlaqədə olan zaman öldü ŞOK TƏFƏRRÜAT

Bu ilin yanvar ayında baş verən qətl hadisəsinin təfərrüatları məlum o

arrow Ətraflı
Sevda Sanəliyevanın işçisi efirə zəng edib GİZLİNLƏRİNİ AÇDI like
  • 14 İyn 15:16  
Digərləri Sevda Sanəliyevanın işçisi efirə zəng edib GİZLİNLƏRİNİ AÇDI

Bu gün "Hər şey daxil"in aparcısı, prodüser Tarix Əliyev (Tolik

arrow Ətraflı
Nazir: "Azərbaycan Türkiyəyə təbii qazı ən əlverişli qiymətlərlə tədarük edir" like
  • 14 İyn 15:13  
Digərləri Nazir: "Azərbaycan Türkiyəyə təbii qazı ən əlverişli qiymətlərlə tədarük edir"

Azərbaycan Türkiyəyə təbii qazı ən əlverişli qiymətlərlə tədarük e

arrow Ətraflı