Nazəninin vəsatəti təmin edilmədi


Digərləri 14 İyn 2018 15:38:00 299 0

Nazəninin vəsatəti təmin edilmədi

Bu gün Nərimanov Rayon Məhkəməsində müğənni Təranə Qumralın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Rəşad Abdullovun sədrliyi ilə keçirilən prosesdə Nazənin Salayevanın vəkili Ceyhun Yusifov vəsatət qaldırıb.

O bildirib ki, T.Qumral sosial şəbəkələrdə və mətbuatda müvəkkilini hədələyib, qanunsuz hərəkətlərini davam etdirib və məhkəmə qətnaməsini icra etməyəcəyini deyib. Vəkil T.Qumralın barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib və onun məhkəmə zalında həbs edilməsini istəyib.

T.Qumral vəsatətə münasibət bildirən zaman qətnamələri icra etmədiyini və buna görə də peşman olmadığını söyləyib.

Vəsatət təmin edilməyib.