Alisson ”kral klubu”na keçir


İdman 14 İyn 2018 15:37:00 363 0

Alisson ”kral klubu”na keçir

Roma klubunun  braziliyalı qapıçısı Alisson Real-ın heyətində yer ala bilər. Qapıçı və madrid- lilər   arasında bağlanacaq müqavilənin şərtləri artıq razılaşdırılıb. Goal. az xəbər verir ki, “canavarlar” Alissona görə 80 milyon avro tələb edirlər. Real klubu isə qapıçının transferini 55 milyon avro və əlavə  5 milyon bonus  məbləğində dəyərləndirib Xatırladaq ki, bir müddət əvvəl Liverpool klubu da braziliyalı qapıçı ilə danışıqlar aparmış, lakin yüksək məbləğə görə danışıqları dayandırmışdı.

Maraqlıdır ki, mütəxəssislər bu qapıçının transfer qiymətini maksimum  45 milyon avro kimi dəyərləndirirlər.