BBC: Rusiyada dünya çempionatının qalibi Belçika olacaq


İdman 14 İyn 2018 15:19:00 232 0

BBC: Rusiyada dünya çempionatının qalibi Belçika olacaq

BBC qarşıdakı dünya çempionatının iştirakları ilə bağlı araşdırma aparıb və buna əsasən turnirin qalibi üçün proqnoz verib. Goal.az xəbər verir ki, 32 komandanın arasından 8-i seçilib. Çünki mundial hazırki formatda təşkil olunmağa başlayandan final mərhələsinin püşkatmasında 1-ci səbətdə yer alan komandalar qalib olub. Beləliklə, namizədlər arasında Fransa, Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa və Rusiya qalıb.

Rusiya meydan sahibi olduğuna görə 1-ci səbətdə yer alması və FİFA reytinqində aşağı pillədə qərarlaşdığına görə namizədlər arasından ilk çıxan milli olub. Polşa müdafiə xəttinin kifayət qədər etibarlı olmamasına görə kənara qoyulub.

BBC növbəti mərhələdə Avropada təşkil olunan mundiallara aid tendensiyanı nəzərə alıb. Buna əsasən Cənubi Amerika təmsilçiləri "köhnə qitə"də heç vaxt kuboku başı üzərinə qaldırmayıb. Braziliya və Argentina bu səbəbdən sıradan çıxıb.

Portuqaliya ulduz qapıçısı olmadığına, Fransa isə heyətin gənc və təcrübəsiz olduğuna görə çıxdaş edilib. Sona Almaniya və Belçika qalıb. Burda nəzərə alınıb ki, cəmi 1 milli ardıcıl 2 dəfə dünya çempionatının qalibi olub. Bundestimin şansı ona görə aşağı dəyərləndirilib və Belçikanın çempion olacağı ehtimal edilib.