Daha 2 rayonda torpaqların uçotu aparılır


Digərləri 14 İyn 2018 15:08:20 250 0

Daha 2 rayonda torpaqların uçotu aparılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların elektron kadastr uçotu işləri davam etdirilir.

Bakı. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların elektron kadastr uçotu işləri davam etdirilir. Komitədən Trend-ə verilən məlumata görə, bu dəfə torpaqların elektron kadastr məlumat bazasının yaradılması nəzərdə tutulan bölgələr Quba və Qusar rayonlarıdır. Qusarda iyunun 14-də bu istiqamətdə görüləcək işlərin izahı, gözlənilən nəticələr və onun gələcək perspektivləri ilə bağlı rayon ərazisində maarifləndirici tədbir keçirilib. Komitə ilə yanaşı, Qusar Rayon İcra Hakimiyyətinin, bələdiyyələrin, bu sahə ilə bağlı olan dövlət qurumlarının nümayəndələri, o cümlədən, mülkiyyətçilər, sahibkarlar və media nümayəndələri tədbirin iştirakçısı idilər. Qeyd edək ki, analoji tədbir iyunun 13-də Quba rayonunda da baş tutub.