Ceyhun Bayramov təhsildə fərqlənən məzunlarla görüşüb


Sosial 14 İyn 2018 14:50:30 289 0

Ceyhun Bayramov təhsildə fərqlənən məzunlarla görüşüb

Təhsil naziri məzunlarla söhbət edib, onların gələcək hədəfləri ilə maraqlanıb

Təhsil naziri Ceyhun Bayramov 20 nömrəli məktəb-liseydə təhsildə müvəffəqiyyətləri ilə fərqlənən məzunlarla görüşüb.

"Report" xəbər verir ki, tədbirdə respublika və beynəlxalq fənn olimpiadalarının, müsabiqə və intellektual oyunların qalibləri iştirak ediblər.

Nazir başa çatan tədris ilinin uğurla yadda qaldığını bildirib: "Beynəlxalq olimpiadaların nəticələri ildən-ilə yaxşılaşır və müvafiq sahədə böyük nailiyyətlər əldə edilib. Bu olimpiadaları hazırlıq prosesinin təkmilləşdirilməsi, diqqət mərkəzində saxlanılması şagirdlərin müvəffəqiyyətli çıxışlarına səbəb olur".

C.Bayramov qeyd edib ki, təhsilin bütün pillələrində - məktəbəqədər təhsildən başlayaraq ali təhsil pilləsinə kimi bütün pillələrində akademik göstəricilərdə davamlı, müsbət dinamika müşahidə edilib. Bura həm məktəbəqədər təhsilin əhatəliliyinin genişlənməsi, eyni zamanda 2017-ci ilin buraxılış imtahanlarının nəticələri, həm ölkə olimpiadalarının əhatəlliliyi, beynəlxalq olimpiadalarda şagirdlərimizin daha uğurlu çıxışı aiddir.

Sonra təhsil naziri məzunlarla söhbət edib, onların gələcək hədəfləri ilə maraqlanıb.

Görüşdə məzunlarla xatirə şəkli çəkdirilib.