İngilis azarkeşlərə Rusiyaya gəlmək qadağan olundu


İdman 14 İyn 2018 14:30:00 262 0

İngilis azarkeşlərə Rusiyaya gəlmək qadağan olundu

Britaniyalı 1200-dən çox azarkeşə dünya çempionatının oyunları üçün Rusiyaya getmək qadağan olunub. 

Goal.az xəbər verir ki, səbəb həmin fanatların əvvəlki yarışlarda qeyri-etik hərəkətlər etməsidir. Dünya çempionatı başlamadan öncə keçmiş turnirlərdə düzgün hərəkət etməyən şəxslərə qarşı əməliyyat təşkil olunub.  

Qeyd edək ki, İngiltərə dünya çempionatında Tunis, Belçika və Panama ilə birgə G qrupunda mübarizə aparacaq.