Bakı Ali Neft Məktəbində Milli Qurtuluş Günü keçirilib (FOTO)


Digərləri 14 İyn 2018 14:46:00 341 0

Bakı Ali Neft Məktəbində Milli Qurtuluş Günü keçirilib (FOTO)

Bakı Ali Neft Məktəbində (BANM) 15 iyun - Milli Qurtuluş Gününün 25 illiyi münasibətilə tədbir keçirilib.

Bakı. Bakı Ali Neft Məktəbində (BANM) 15 iyun - Milli Qurtuluş Gününün 25 illiyi münasibətilə tədbir keçirilib. BANM-dan Trend-ə verilən məlumata görə, tədbirdə ali məktəbin rektoru Elmar Qasımov, ali məktəbin professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər. Tədbiri öz sözlərilə açan BANM-ın rektoru E.Qasımov bu gün ölkəmizin qeyd etdiyi Milli Qurtuluş Gününün çox böyük tarixi olduğunu bildirib. Rektor qeyd edib ki, Azərbaycanda 1993-cü ilin yayında respublikada ictimai-siyasi böhranın baş verdiyi və vətəndaş müharibəsi təhlükəsinin yarandığı bir dövrdə ümummilli lider Heydər Əliyev xalqın istəyilə Naxçıvandan Bakıya gəlib. Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını alaraq iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. Məhz bu səbəbdən Azərbaycan xalqının istəyilə Milli Məclis 1997-ci ildə 15 iyun tarixini “Milli Qurtuluş Günü” kimi bayram elan edib.