Dövlət qulluğuna qəbulla bağlı müsahibələrin keçirilmə qrafiki müəyyənləşib


Digərləri 14 İyn 2018 14:30:00 298 0

Dövlət qulluğuna qəbulla bağlı müsahibələrin keçirilmə qrafiki müəyyənləşib

2 və 3 may 2018-ci il tarixlərində elan edilmiş müsabiqələr üzrə müsahibələrdə qeydə alınmış namizədlərin nəzərinə

Bakı. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən vakant inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün 2 və 3 may 2018-ci il tarixlərində elan edilmiş müsabiqə üzrə müsahibələrdə qeydə alınmış namizədlərlə müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. DİM-dən Trend-ə verilən məlumata görə, namizədlərlə müsahibələrin Dövlət İmtahan Mərkəzinin Bakı şəhərində yerləşən inzibati binalarında keçirilməsi nəzərdə tutulur. Müsahibələr Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Tarif (qiymət) Şurasının Katibliyi və məhkəmə orqanlarında olan vakant vəzifələr üzrə keçiriləcək. Müsahibələrin 25 iyun 2018-ci il tarixində başlanılması və 6 iyul 2018-ci il tarixinədək davam etməsi nəzərdə tutulur.