Vidadi Bərdəlinin iddia olunan oğlundan şok açıqlama!


Digərləri 14 İyn 2018 14:28:51 367 0

Vidadi Bərdəlinin iddia olunan oğlundan şok açıqlama!

Bir neçə gün əvvəl mərhum müğənni Vidadi Bərdəlinin oğlu Tuncay Vəliyevin həbs olunması ilə bağlı yayılan xəbərlər Vidadi Bərdəlinin ailəsində narahatlığa səbəb olub. Belə ki, iddia olunan və bəzi xəbər portallarında fotoları paylaşılan Tuncay Vəliyev Vidadi Bərdəlinin oğlu olmadığını açıqlayıb.

Eynilə Tuncay Vəliyev adını və soyadını daşıyan həmin şəxs "Lider" telekanalında yayımlanan "Klip plyus" verilişinin aparıcısı olan və uzun illərdir müğənni kimi fəaliyyət göstərən Tuncay Vəliyevdir (Tuncay Vidadi Bərdəli).

Son.az xəbər verir ki, Tuncay Vəliyev özü bununla bağlı həm video müraciət ünvanlayıb, həm də açıqlama verərək bildirib ki, haqqında yazılan məlumatların ona heç bir aiddiyyəti yoxdur:

"Dəfələrlə açıqlama vermişəm ki, mən Vidadi Bərdəlinin oğlu deyiləm. Mən onun doğma böyük qardaşı Vaqif Vəliyevin oğluyam. Amma adı cinayət işlərində qeyd olunan Tuncay Vəliyev isə Vidadi Bərdəlinin qeyri-rəsmi nikahdan olan oğludur. İkimiz də eyni adı və soyadı daşıyırıq. Bizim həmin ailəylə münasibətimiz və əlaqəmiz tamamilə yoxdur. Ümumiyyətlə, ilk gündən nə onların bizimlə, nə də bizim onlarla heç bir əlaqəmiz olmayıb. Rəhmətlik Vidadi əmim sağlığında onlara qarşı soyuq münasibətdə idi. Onun həmin ailəyə daimi gediş-gəlişi olmayıb. Bunlar hamısı keçmişdə olub və keçmişdə qalıb. Demək istəyirəm ki, məni həmişə həmin oğlanla səhv salırlar. İnsanlar elə bilirlər ki, mən onun oğluyam. Amma xeyr, mən Vidadi Bərdəlinin qardaşı oğluyam".

O, ad məsələsinə də aydınlıq gətirib: "Əmim sağlığında özü mənə deyib ki, sən muğam və xalq mahnılarımızın ifaçısı kimi istəyirəm ki, adımı yaşadasan. Həmişə adımı üzərində daşı və bunu yaşat! O, bu məqsədlə öz adını mənə həvalə edib. Ömrümün sonunadək bu adı üzərimdə daşıyacağam və yaşadacağam".


Xəbərə aid fotolar