Rüsvayedici məlumatlarla pul qazanmaq istəyən şantajçı tutuldu


Kriminal 14 İyn 2018 14:12:00 253 0

Rüsvayedici məlumatlarla pul qazanmaq istəyən şantajçı tutuldu

Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

İyunun 13-də Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini Q.Əlibabayev həmyerlisi Mürşüd Məmmədovun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 1000 manat verməsini tələb etdiyini bildirib.

DİN-dən Son.az-a verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.