Bayramla əlaqədar "Azərsu" gücləndirilmiş rejimdə işləyəcək


Digərləri 14 İyn 2018 14:13:41 275 0

Bayramla əlaqədar "Azərsu" gücləndirilmiş rejimdə işləyəcək

15 iyun - Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bakı. 15 iyun - Milli Qurtuluş Günü və Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində "Azərsu" Açıq Səhmdar Cəmiyyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Qurumdan Trend-ə verilən məlumata görə, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək.