Avtovağzallara pasportlar verilib


Digərləri 14 İyn 2018 14:18:56 314 0

Avtovağzallara pasportlar verilib

“Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə əsasən, hər bir avtovağzalın (avtostansiyanın) onun kateqoriyasına uyğun pasportunun zəruriliyi rəsmiləşdirilib.

Bakı. Bakı Ekspo Mərkəzində 8-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat “Road & Traffic 2018” sərgisi çərçivəsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov avtovağzalların rəhbərləri ilə görüşərək onlara qanuni şəkildə fəaliyyətlərini davam etdirmək üçün pasportlar təqdim edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, “Avtovağzal və avtostansiya haqqında Əsasnamə”yə əsasən, hər bir avtovağzalın (avtostansiyanın) onun kateqoriyasına uyğun pasportunun zəruriliyi rəsmiləşdirilib. Avtovağzalın (avtostansiyanın) qanuni fəaliyyət göstərməsi üçün əsas rəsmi sənəd hesab edilən pasportların təqdimatı zamanı sərnişindaşımada yarana biləcək problemlərə dair fikir mübadiləsi aparılıb, qeyri-qanuni bilet satışının qarşısının alınması, avtobusların avtostansiyalara cəlb olunması və qrafiki kimi məsələlər əsas müzakirə mövzusu olub.