Bakının Azadlıq meydanında hərəkət məhdudlaşdırılır
Digərləri 14 İyn 2018 13:15:07 291 0
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Azadlıq meydanı, Neftçilər prospektində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
AAYDA-dan Son.az-a verilən məlumata görə, bu məqsədlə sözügedən yolda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.
Mənbə: milli.az