İngiltərə Premyer Liqasında mövsümün təqvimi açıqlandı
İdman 14 İyn 2018 13:13:00 263 0
İngiltərə Premyer Liqasında 2018/19 mövsümünün təqvimi açıqlanıb. Avqustun 11-i start götürəcək ilk turun mərkəzi oyunu "Emirates Arena"da keçiriləcək. Goal.az xəbər verir ki, Arsenal son çempion Manchester City-ni qəbul edəcək. Manchester United Leicester City, Liverpool West Ham United, Chelsea isə Huddersfield Town-la qarşılaşacaq. Arsenal 2-ci turda daha bir çətin oyuna çıxacaq. "Topçular" London derbisində Chelsea-nin qonağı olacaq. Premyer Liqada mövsümün ilk Mançester derbisi noyabrın 10-a təsadüf edəcək. United "Etihad"da City ilə münasibətlərini aydınlaşdıracaq. Mövsümə mayın 12-si yekun vurulacaq.
Mənbə: goal.az