"Azərbaycanda dövlət daktiloskopik və genop qeydiyyatı" haqqında qanun layihəsinin ictimai müzakirəsi keçirilib (FOTO)


Digərləri 14 İyn 2018 12:39:00 209 0

"Azərbaycanda dövlət daktiloskopik və genop qeydiyyatı" haqqında qanun layihəsinin ictimai müzakirəsi keçirilib (FOTO)

"Azərbaycanda dövlət daktiloskopik və genop qeydiyyatı" haqqında qanun layihəsinin ictimai müzakirəsi keçirilib.

Bakı. Samir Əli - Daxili İşlər Nazirliyinin (DİN) Kriminalistik Tədqiqatlar İdarəsində "Azərbaycan Respublikasında dövlət daktiloskopik və genop qeydiyyatı" haqqında qanun layihəsinin ictimai müzakirəsi keçirilib. Trend-in məlumatına görə, DİN və "İnsan Hüquqları üzrə Monitorinq və Maarifləndirmə Mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bildirilib ki, Daxili İşlər Nazirliyində DNT məlumat bankı 2009-cu ildə yaradılıb. Hazırda məlumat bankı şəxslərdən və hadisə yerindən götürülmüş maddi sübutlardan əldə edilmiş DNT profillərini özündə cəmləşdirir. Məlumat bankında respublikanın hüquq-mühafizə orqanlarına daxil olmuş sorğular əsasında məhkəmə genetik ekspertiza fəaliyyəti həyata keçirilir.