Yol polisi müraciət etdi - Bu dəfə səfərə çıxan sürücülərə


Digərləri 14 İyn 2018 12:45:00 230 0

Yol polisi müraciət etdi - Bu dəfə səfərə çıxan sürücülərə

DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz.

Bakı. Samir Əli - Yay mövsümündə müxtəlif regionlara səyahətə çıxan, istirahət zonalarına gedən insanların sayı artdığından yollarda nəqliyyatın hərəkət intensivliyi də yüksəlir. Belə hərəkət zamanı yollarda təhlükəsizliyin təmin olunması məqsədilə Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə diqqət yetirilməli bir neçə halı təkrar xatırladır. İdarədən Trend-ə verilən məlumata görə, səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilin texniki vəziyyətinə bir daha nəzarət edilməlidir, soyuducu sistemi olmayan nəqliyyat vasitələri ilə mümkün qədər günün sərin vaxtlarında yola çıxmaq məsləhətdir. Hərəkət zamanı təhlükəsizlik kəmərlərini təkcə sürücülər deyil, sərnişinlərin də bağlaması mütləqdir. Kəmərlərin bağlanmaması təkcə məsuliyyət yaratmır, hər hansı qəza zamanı insan həyatı üçün yaranan təhlükədən qoruyur. Qeyd olunur ki, rayonlararası magistral yollarda təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl etməkdir: