Bakıda “Range Rover”lə 2 nəfərin ölümünə səbəb olub,


Digərləri 14 İyn 2018 12:32:00 251 0

Bakıda “Range Rover”lə 2 nəfərin ölümünə səbəb olub,

İyunun 12-də Binəqədi qəsəbəsi ərazisində ölümlə nəticələnən qəza törədərək hadisə yerindən qaçan şəxs tutulub.

Son.az APA-ya istinadən xəbər verir ki, iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi "Range Rover" markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi "Ford" markalı avtomobil toqquşub. Qəza nəticəsində "Ford"un sürücüsü və sərnişini hadisə yerində ölüb.

Şahidlər bildirib ki, hadisədən sonra "Rang Rover"in başından xəsarət alan sürücüsü avtomobilin dövlət qeydiyyat nişanlarını açaraq hadisə yerindən qaçıb.

APA iki nəfərin ölümü ilə nəticələnən və KİV-də müxtəlif fikir və iddiaların yayılmasına səbəb olan bu ağır yol-nəqliyyat hadisəsinin iştirakçısı olan həmin sürücünün şəxsiyyəti müəyyən edilib-edilmədiyini öyrənmək üçün Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlayıb.