"Son zəng"i çalınanlar FOTOSESSİYA


Digərləri 14 İyn 2018 12:23:00 869 0

"Son zəng"i çalınanlar  FOTOSESSİYA

Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində "Son zəng" tədbirləri keçirilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə hər bir təhsil müəssisəsinin ərazisində təşkil edilir.

Qeyd edək ki, "Son zəng" 2016-cı ildən tərdis ilinin müddətinin iyunun 14-dək uzadılması ilə əlaqədar olaraq iyunun 14-də keçirilir.

2017-2018-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 111 257 nəfər, XI siniflərini 83 001 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 658 nəfər şagird bitirir.