Azərbaycanlı deputat 6 saat ifadə verdi “Təxribatdır...” FOTO


Kriminal 14 İyn 2018 12:15:00 306 0

Azərbaycanlı deputat 6 saat ifadə verdi  “Təxribatdır...”  FOTO

Gürcüstan parlamentinin "Milli hərəkat" partiyasının deputatı Azər Süleymanov Marneuli sakininin döyülməsi ilə hər hansı əlaqəsinin olmasını inkar edib.

Son.az xəbər verir ki, deputat qafqazinfo-ya açıqlamasında bildirib ki, dünən altı saatdan artıq ifadə verib. Süleymanov Marneuli meri Temur Abazov və Bidzini İvanişvilinin ünvanına Feysbuk-da təhqir videosu yayımladıqdan sonra sakin Elçin Allahverdiyevlə görüşdüyünü deyib. Deputatın sözlərinə görə, zərərçəkən artıq bir neçə ildir ki, "Gürcü arzusu" partiyasının üzvü olsa da, özünü "Milli hərəkat" partiyasının nümayəndəsi kimi təqdim edib:

"Elçin Allahverdiyevi döyməmişəm. Sadəcə, ondan bir şey soruşdum ki, niyə üzvü olmadığın halda bizim partiyanın adından belə iyrənc ifadələr işlətmisən. Həmin vaxt ofisdə "Gürcü arzusu" partiyasının nümayəndələri də olublar. Söhbət onların yanında gedib. 

Görürsünüz ki, bu gün Gürcüstanda dövlət nə gündədir. Dağıla-dağıla gedir. Dünən baş naziri çıxardılar, beş gün öncə baş prokuroru. Öz günahlarını kiminsə boynuna qoymaq istəyirlər. Çünki söyüş söyən şəxs "Gürcü arzusu" partiyasının üzvü olub. O, hansısa orqan tərəfindən göndərilmiş təxribatdır. Bizim partiyanın üzvü olmadığı halda niyə partiyamızın adından danışsın ki? Həmin şəxs alçaq adamdır. Düşmən də olsa heç kimin ailəsini söymək olmaz. Biz Qafqaz millətiyik, ailə dəyərlərimiz yüksəkdir.

Əlbəttə zorakılığı da qınayıram. O kadrlar mənə də xoş gəlmədi. Təhqiredici hərəkətlərdir. İkinci tərəfi də qınayıram ki, belə bir iş varsa, hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. O insan kimlərsə tərəfindən öyrədilmiş şəxsdir. Niyə aksiyaya gedib və bizim partiyanın adından istifadə edib, yəqin ki, qısa vaxtda üzə çıxacaq. Bütün suallara cavab verməyə hazıram, bu cinayətlərin iştirakçısı deyiləm". 


Xəbərə aid foto