Deputatlardan dünya çempionatı ilə bağlı proqnoz ""Real Madrid qalib olacaq" FOTO


Digərləri 14 İyn 2018 12:18:00 308 0

Deputatlardan dünya çempionatı ilə bağlı proqnoz  ""Real Madrid qalib olacaq"  FOTO

Bu gün Rusiyanın paytaxtı Moskvada futbol üzrə 2018-ci il dünya çempionatı start götürəcək.

XXI mundialın Bakı vaxtı ilə saat 18:30-da başlanacaq açılış mərasimi "Lujniki" stadionunda keçiriləcək.

DÇ-2018-də Avropanı meydan sahibi Rusiyadan əlavə 13 yığma - Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç və Danimarka təmsil edəcək.

Cənubi Amerikadan 5 ölkə - Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru bu hüquqa yiyələnibsə, Şimali, Mərkəzi Amerika və Karib hövzəsindən 3 ölkə - Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.

Asiya zonası üzrə 5 komanda - İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı mundialda Afrika da eyni sayda ölkə - Nigeriya, Misir, Seneqal, Mərakeş və Tunislə təmsil olunacaq.

Son.az xəbər verir ki, "Report" Milli Məclisin deputatları arasında hansı komandaya azarkeşlik edəcəkləri ilə bağlı sorğu keçirib. 

"İspaniya və Argentina komandalarının oyununa baxacam"

Deputat Tahir Mirkişili

Deputat Tahir Mirkişili deyib ki, maraqlı oyun nümayiş etdirdiklərinə görə ən çox İspaniya və Argentina komandalarının oyununa baxmağa üstünlük verir: "Düşünürəm ki, sürpriz komanda motivasiyası daha güclü olan ölkələrdən ola bilər. Bunlar İslandiya, Senegal, İran kimi qalibiyyəti daha çox arzu edən ölkələrin yığmalarıdır. Ancaq son zamanlar süni intellektin inkişafı texnoloji vasitələrlə çempionatın nəticələrini əvvəlcədən proqnozlaşdırmağa imkan verir. Süni intellekt tərəfindən aparılan ilkin analizlə əldə edilən nəticələr çempionatın qalibinin sürpriz bir ölkə olmayacağını deməyə əsas verir".

Milli Məclisin deputatı Kamran Nəbizadə isə hesab edir ki, Braziliya komandası dünya çempionatının qalibi olacaq: "İslandiya da güclüdür, amma çempion olacağına inanmıram. Bunu proqnozlaşdırmaq çətindir".

"İtaliya yığmasına azarkeşlik edirdim"

Parlamentin üzvü Cavid Osmanov isə deyib ki, Argentina komandası DÇ-2018-in qalib olacaq: "İtaliya yığmasına azarkeşlik edirdim, o da kənarda qaldı. Növbəti qalib olacağına şübhə etmədiyim komanda isə Belçikadır".