SOCAR-ın xalis mənfəəti 6 dəfəyə yaxın artıb


İqtisadiyyat 14 İyn 2018 11:38:32 275 0

SOCAR-ın xalis mənfəəti 6 dəfəyə yaxın artıb

Şirkət ötən il 2 mlrd. manatdan çox mənfəət əldə edib

Audit olunmuş maliyyə hesabatlarına əsasən, 2017-ci ildə SOCAR ümumi gəlirlərini 78 faiz artıraraq, 92,6 mlrd. manata çatdırıb.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

Şirkətin xalis mənfəəti 2016-cı illə müqayisədə 6 dəfəyə yaxın artıb və2,09 mlrd.manata yüksəlib. SOCAR ümumi aktivlərini 16 faiz yüksəldərək 61,3 mlrd. manata çatdırıb.

Ümumilikdə, hesabat ilində şirkətin maliyyə nəticələri neft sənayesi böhranından əvvəlki səviyyəni üstələyib.