"Son zəng" günü şagirdlər arasında bıçaqlanma


Digərləri 14 İyn 2018 12:00:00 244 0

"Son zəng" günü şagirdlər arasında bıçaqlanma

Qobustanda şagirdlər arasında mübahisə olub, 10-cu sinif şagirdi bıçaqlanıb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri arasında baş verib.

Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sakini Rauf Təhmiraz oğlu Ağaquliyev ilə məktəbin yaxınlığında 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarova 4 zərbə vuraraq hadisə yerindən qaçıb. Məktəb yoldaşını bıçaqlamaqda şübhəli bilinən 11-ci sinif şagirdi, A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdi Rauf Ağaquliyev polis əməkdaşları tərəfrindən saxlanılıb.