Avtomobil sahiblərinin DİQQƏTİNƏ VİDEO FOTO


Digərləri 14 İyn 2018 12:09:00 238 0

Avtomobil sahiblərinin DİQQƏTİNƏ  VİDEO  FOTO

ARB TV-nin "Günə doğru" verilişində maşınlardan edilən oğurluqların qarşısının alınması haqda süjet yayımlanıb.

Minik avtomobillərindən oğurluq halları sürücülərin ən çox üzləşdiyi problemlərdəndir. Belə cinayət əməlləri daha çox yay aylarında baş verir. Teymur Baloğlanov (kriminalist): "Digər tərəfdən avtomobillərin özü də heç də etibarlı saxlanc yeri hesab olunmur. Söhbət puldan, qızıldan gedirsə, xüsusi yerlərdə saxlanılması tövsiyə olunur". Avtomobildən oğurluq hallarının statistikası göstərir ki, bəzi hallarda bunu edən şəxslər heç bir çətinliklə üzləşməyib. Avtomobilin qapı və ya pəncərəsinin açıq olması bu cür hallara zəmin yaradır. Buna görə də ekspertlər sürücülərin də diqqətli olmasını vacib sayırlar. Elməddin Muradlı (ekspert): "Avtomobili bağlı yerdə saxlamaq lazımdı. Qapıların bağlı olmasından əmin olmaq lazımdır. Kameralı yerlərdə park etmək olar". Təhlükəsizlik tədbirləri avtoyuma yerlərində və təmir sexlərində saxlalanılan nəqliyyat vasitələrinə şamil olunmalıdır. Digər bir məqamsa peşəkar oğrularla bağlıdır. Hansı ki, onlar avtomobilin panik siqnalını da asanlıqla sıradan çıxara bilirlər.  Mütəxəssislər bəzi sürücülərin oğurluqla üzləşdikdə nə etməli olduğunu bilmədiyini deyir. Halbuki, bu məqamda atılan ilk addımlar çox vacibdir. Müəyyən təhlükəsizlik tədbirləri ilə bir çox hallarda avtomobili oğrulardan sığortalamaq mümkündür. Sürücülərin diqqətli olması həm onlara artıq ziyandan, həm də polisləri əlavə qayğıdan xilas edər.