Ronaldo: "Ümid edirəm finaldakı zədə Salaha mane olmayacaq"


İdman 14 İyn 2018 11:14:00 372 0

Ronaldo: "Ümid edirəm finaldakı zədə Salaha mane olmayacaq"

Real Madrid-in futbolçusu Kriştianu Ronaldo Liverpool-un oyunçusu Məhəmməd Salahın “Qızıl top” mükafatını qazanma şansını dəyərləndirib.

Goal.az xəbər verir ki, portuqaliyalı hücumçu misirli forvardın bu mükafat uğrunda mübarizə apara biləcək səviyyədə olduğunu söyləyib: “Ümid edirəm ki, Çempionlar Liqasının finalında aldığı zədə dünya çempionatı öncəsi onu təslim olmağa məcbur etməz. Çoxları “Qızıl top” uğrunda yalnız mənimlə Lionel Messinin mübarizə apara biləcəyini deyirlər. Lakin mükafata iddialı başqa futbolçular da var. Sözsüz ki, Salah bunlardan biridir”.

Qeyd edək ki, “France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatı hər il Avropada ən yaxşı seçilən futbolçuya təqdim olunur.  Lionel Messi ilə Ronaldo hərəsi 5 dəfə bu mükafata layiq görülüb.