Bu qızın beynində 12 şəxsiyyət var VİDEO FOTO


Digərləri 14 İyn 2018 11:42:00 292 0

Bu qızın beynində 12 şəxsiyyət var  VİDEO  FOTO

ABŞ-ın Corciya ştatındakı Akvort şəhərində yaşayan Lauren Stottda şəxsiyyətin dissosiativ pozuntusu (dissociative identity disorder, DİD) xəstəliyi var.

DİD sindromuna mübtəla olanlarda şəxsiyyətin iki, üç və daha çox "hissə"lərə parçalanması yaşanır.  Onun beynində bir yox, tam 12 insan "yaşayır".

Son.az Daily Mail-ə istinadən bildirir ki, 23 yaşlı Lrren birinci və ya ikinci sinifdə oxuyanda travmaya məruz qalıb, nəticədə onda DİD başlanıb.

İndi Loren müalicə olunmaq, terapiyada nəticəyə nail olmaq üçün 12 gündəlik yazır.  Gündəliklərin hər biri  Lorenin beynindəki 12 "şəxsiyyət"in öz hisslərini izhar etmək üçün nəzərdə tutulub.

Lorenin nişanlısı Aleksin dediyinə görə, 23 yaşlı qız 12 müxtəlif insana çevrilir.