Metroda Nəsimi Paşayevin yerinə təyinat


Digərləri 14 İyn 2018 11:25:39 313 0

Metroda Nəsimi Paşayevin yerinə təyinat

Bəxtiyar Məmmədov "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin edilib.

Bunu Bəxtiyar Məmmədovun özü də Son.az-a təsdiq edib: "Bəli, artıq təyinat olub. Gərgin rejimdə işləyirəm. Media ilə münasibətlərimizi daha sıx şəkildə davam etdirəcəyik. Eyni zamanda, jurnalistlərdən də dəstək gözləyirəm. Birlikdə əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldırmağa çalışmalıyıq".

Qeyd edək ki, buna dək Bəxtiyar Məmmədov  "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini vəzifəsində çalışıb.