Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin plenumu keçirilib (FOTO)


Digərləri 14 İyn 2018 11:13:00 274 0

Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin plenumu keçirilib (FOTO)

Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) III Plenumu keçirilib.

Bakı. Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) III Plenumu keçirilib. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, plenumu giriş sözü ilə açan MHİRK-in sədri Fəzail Bağırov son vaxtlar dəmir yolunda həyata keçirilən islahatlar, əldə olunan uğurlar, qarşıda duran perspektiv vəzifələr haqqında danışıb. Plenumun işində “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov iştirak edib. İclasın gündəliyində bir məsələ dururdu - ““ADY” QSC-nin departament, MMC, idarə və müəssisələrində ərizə və şikayətlərə baxılmasının vəziyyəti haqqında”.