Berdiməhəmmədov nazirləri işdən çıxardı


Dünya 14 İyn 2018 10:58:00 269 0

Berdiməhəmmədov nazirləri işdən çıxardı

Türkmənistanın milli təhlükəsizlik naziri Dövrangəldi Bayramov işdən çıxarılıb. 

Son.az report-a istinadən xəbər verir ki, məlumatı Türkmənistan prezidentinin mətbuat xidməti yayıb.

Bildirilib ki, D.Bayramov işdə yol verdiyi ciddi nöqsanlara görə vəzifədən azad edilib. Mayın 30-da Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ona kadr seçimində və onların təyin olunmasında buraxdığı səhvlərə görə sonuncu ciddi xəbərdarlıq edib.