Dünya çempionu döyüşünü yarımçıq saxlayıb,


Dünya 14 İyn 2018 10:49:00 233 0

Dünya çempionu döyüşünü yarımçıq saxlayıb,

32 aydır boksdan uzaq qalan ingiltərəli keçmiş dünya çempionu Tyson Fury albaniyalı rəqibi Sefer Seferi ilə keçirdiyi döyüşlə yenidən rinqə qayıdıb.

Son.az Haberler-ə istinadən xəbər verir ki, matç zamanı tribunada baş verən dava Fury-nin döyüşünü yarımçıq saxlamasına və davanı izləməsinə səbəb olub.   Dörd raund davam edən qarşılaşmada rəqibinin döyüşü yarımçıq saxlatmaq məcburiyyətində qaldığı matçı Tyson Fury qazanıb. 15 nəfərin əlbəyaxa olduğu səhnəni maraqla izləyən məşhur boksçu, dönüş döyüşü olaraq göstərilən matçını yarıda saxlayıb tribunadakı davanı izləməsi ən azı matçı qədər maraq doğurub.

Qeyd edək ki, Tyson 2001-ci ilin noyabr ayında ukraynalı Vladimir Kliçkonu məğlub edərək Beynəlxalq Boks Federasiyası (IBF), Dünya Boks Birliyi (WBA) və Dünya Boks Təşkilatının (WBO) ağır çəkili çempionu adına sahib çıxmışdı. Lakin 2016-ci ilin 30 sentyabr tarixində dopinq testinin pozitiv çıxması səbəbi ilə cəza almışdı. 


Xəbərə aid fotolar