Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçir


İqtisadiyyat 14 İyn 2018 10:22:16 298 0

Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçir

bununla bağlı qurumun sədri Zaur Hüseynov əmr imzalayıb

15 İyun – Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə ölkədə elan edilmiş 5 qeyri-iş günü ərzində, "Bakı Metropoliteni" QSCgücləndirilmiş iş rejimində çalışacaq.

"Report" quruma istinadən xəbər verir ki, bununla bağlı sədrZaur Hüseynov əmr imzalayıb.

Əmrlə bütün struktur vahidlərinin rəhbərlərinin qarşısına konkret vəzifələr qoyulub, həmçinin bayram günlərində əlavə növbətçiliklərin təşkili və zərurət yarandığı halda, ehtiyat qatarların xəttə buraxılması nəzərdə tutulub.