Tovuzda 27 yaşlı oğlanı küçədə it dişlədi


Digərləri 14 İyn 2018 10:02:00 243 0

Tovuzda 27 yaşlı oğlanı küçədə it dişlədi

Tovuz rayonunda 27 yaşlı oğlan itin hücumuna məruz qalıb.

Bakı. Samir Əli - Tovuz rayonunda 27 yaşlı oğlan itin hücumuna məruz qalıb. Trend-in məlumatına görə, hadisə rayonun Əyyublu kəndində baş verib. Kənd sakini, 1991-ci il təvəllüdlü Əkbərov Tural Zabit oğlu kənd ərazisində küçə itlərinin hücumuna məruz qalıb. Hadisə nəticəsində T.Əkbərov qolundan və bədəninin müxtəlif hissələrindən xəsarət alıb.