"Neftçi"nin baş məşqçisi dünya çempionatında azarkeşlik edəcəyi komandanı açıqlayıb


Digərləri 14 İyn 2018 09:46:04 197 0

"Neftçi"nin baş məşqçisi dünya çempionatında azarkeşlik edəcəyi komandanı açıqlayıb

Anton Krivotsyuk isə Nigeriyanı dəstəkləyəcək

"Neftçi" klubunun üzvləri futbol üzrə dünya çempionatında azarkeşlik edəcəkləri ölkələrin milli komandalarının adlarını açıqlayıblar.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, italiyalı baş məşqçi Roberto Bordin Rusiyanı dəstəkləyəcəyini bildirib. Onun köməkçiləri Andrea Vezzu və Etibar Tarıverdiyev isə Braziliyaya üstünlük verib. "Pentakampeonlar"ı 3 futbolçu - Rəhman Hacıyev, Emin Mahmudov və Mirabdulla Abbasov da dəstəkləyib.

Daha iki köməkçi məşqçi - İqor Getman və Füzuli Məmmədov, eləcə də 2 oyunçu - Rəşad Əzizli və Elvin Sərkərov Almaniyaya, Ruslan Abışovla Tural Axundov İspaniyaya, Rəşad Eyubovla Soni Mustivar Fransaya, Kamran İbrahimov Portuqaliyaya, Anton Krivotsyuk Nigeriyaya azarkeşlik edəcəyini bildirib.

Qeyd edək ki, bu gün Rusiyada start götürəcək dünya çempionatına iyulun 15-də yekun vurulacaq.