Sənədlərin işlənməsi üçün süni intellekt hazırlanıb


Digərləri 14 İyn 2018 08:51:00 275 0

Sənədlərin işlənməsi üçün süni intellekt hazırlanıb

"Eigen Technologies" şirkəti artıq öz əsas investoru "Goldman Sachs"dan və Sinqapur Dövlət İnvestisiya Fondundan 13 milyon funt məbləğində vəsait cəlb edə bilib. Şirkət hüquq və maliyyə sənədləri ilə tanış olmaq məqsədilə süni intellektdən istifadə edir ki, bu da potensial müştəriləri çox cəlb edir.

Son.az ICTnews-a istinadən bildirir ki, doktor Lyuis Lyu tərəfindən Londonda təsis edilmiş "Eigen Technologies" şirkəti 3,5 il bundan əvvəl süni intellekt yaratmağa dair qərar verib. Hazırda şirkətin məhsulu hüquqşünas və bankirlər üçün mürəkkəb müqavilələrin təhlilini və mətndə konkret məsələlərin tapılmasını asanlaşdırır.