Bu gün məktəblərdə "Son zəng" çalınır


Digərləri 14 İyn 2018 08:48:00 289 0

Bu gün məktəblərdə "Son zəng" çalınır

Bu gün Azərbaycanın ümumtəhsil müəssisələrində "Son zəng" çalınacaq.

Son.az Trend-ə istinadən bildirir ki, "Son zəng" 2016-cı ildən tərdis ilinin müddətinin iyunun 14-dək uzadılması ilə əlaqədar olaraq iyunun 14-də keçirilir.

Hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumtəhsil müəssisələrinin ərazilərində təşkil edilir.