Selfi çəkmək istərkən yıxılıb öldü


Digərləri 14 İyn 2018 08:35:00 223 0

Selfi çəkmək istərkən yıxılıb öldü

Ukraynanın Dnepr şəhərindəki restoranlardan birində faciə baş verib.

Son.az lent.az-a istinadən xəbər verir ki, restoranda selfi çəkmək istəyən 25 yaşlı qız yıxılaraq ölüb.

Hadisə iyunun 10-da olub. Restoranın müştərilərindən olan xanım pilləkanlarla aşağı düşərkən qəflətən yıxılıb. O, boyun fəqərəsindən ağır xəsarət alıb. Restorana həkim çağırılsa da, qızın həyatını xilas etmək mümkün olmayıb.