Tramp doğum günü ilə əlaqədar bir gün istirahət götürdü


Dünya 14 İyn 2018 08:23:00 303 0

Tramp doğum günü ilə əlaqədar bir gün istirahət götürdü

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp cümə axşamı ad günü ilə əlaqədar bir gün istirahət götürdü.

Son.az Trend-ə istinadən bildirir ki, bu haqda Ağ evin gündəlik rəsmi cədvəli xəbər verir.

Ağ evin gündəlik proqramında deyilir: "Prezidentin heç bir rəsmi tədbiri nəzrdə tutulmayıb". Tramp səhər saatlarında Şimali Koreya lideri Kim Çen Inla Sinqapur danışıqlarından qayıtdıqdan sonra çərşənbə günüdə istirahət edirdi.

Cümə axşamı prezidentin 72 yaşı tamam olur. O, ABŞ tarixində prezident vəzifəsinə seçilmiş ən yaşlı şəxsdir. Seçildiyi zaman Trampın 70 yaşı tamam olmuşdu.